Barami yüksək təcrübəli daşınma şirkətidir. Şirkətimiz dünyanın aparıcı aviaşirkətləri ilə əməkdaşlıq edir. Şirkətimiz yükün gotürülməsini, qutulaşdırılmasını, sənədləşdirilməsini və hava nəqliyyatını ABŞ -dan sizin üçün lazım olan istiqamətə daşınmasını təmin edir. Yükün doğru ünvana və vaxtında göndərilməsi üçün bəyannamə doldurarkən "shopping adress" seçimi vacibdir. Sahəni doldurarkən şəxsi kabinetinizdə qeyd olunan Baraminin ABŞ adreslərini doğru qeyd edin. Şəxsi göndərmələr. Şəxsi bağlamaları göndərmək istədikdə bağlamanızı özününz şəxsən filialımıza gətirə bilər və ya kuryer çağıra bilərsiniz. Şəxsi gondərmə tariflərini saymaq üçün xahiş edirik qeyd olunmuş veb-səhifəsinə daxil olun. Əlavə məlumat üçün bizimlə əlaqə saxlayın.

ZƏNG SİFARİŞ ET KALKULYATOR
DƏNİZ İLƏ DAŞINMA QURU İLƏ DAŞINMA AVTO DAŞINMA AVTOMOBİL EHTİYAT HİSSƏLƏRİ AUTO IMPORT ƏVƏZİMƏ AL
HAVA İLƏ DAŞINMA
DAHA ƏTRAFLI
Xidmətlər

1. "Konsolidasiya" - bağlamaların bir izləmə kodu altında birləşdirilməsini nəzərdə tutur. Nəzərə alın ki, bağlamalarınız konsolidasiya edildikdə konsolidasiya olunmuş bağlamanın parametrlərindən biri 60 sm keçirsə, bağlamanın daşınma haqqı həcmi çəkiylə hesablanır.

Xidmət haqqı - $3

2. "Bağlamamı yoxla" xidməti - bağlamanızın açılıb, yoxlanması və yenidən paketlənməsi.

3. "Əvəzimə al" xidməti. Əgər kartınız Amerika saytında keçmirsə və ya alış-verişə vaxtınız yoxdursa, narahat olmayın. "Əvəzimə al" xidməti ilə istədiyiniz məhsulu əvəzinizə alıb, bəyan edƏgər kartınız Amerika saytında keçmirsə və ya alış-verişə vaxtınız yoxdursa, narahat olmayın. "Əvəzimə al" xidməti ilə istədiyiniz məhsulu əvəzinizə alıb, bəyan edib, sizə göndəririk. Xidmət haqqı - 8%.

4. Kuryer ximdəti. Əgər bağlamanızı təhvil almağa vaxtınız yoxdursa bizə zəng edin və kuryer sifariş edin: (050) 522 62 46. Sizə uyğun gündə və zamanda bağlamanızı ünvana çatdıraq.

5. Geri qaytarılma xidməti - yalnız Amerika anbarında olan bağlamalara şamildir. Xidmət haqqı - $3
Tariflər

0.5kg -dək $4

1kg -dək $7.90

30kg -dək $7.50

Əgər bağlamanızın hər hansı bir ölçüsü 60 sm keçirsə, bağlamanın daşınma haqqı həcmə əsasən hesablanır. Həcmi çəkinin hesablanmasını saytımızda kalkulyator bölməsində edə bilərsiniz. Hesablamanın dəqiq olması üçün bağlamanın parametrlərini (çəki, en, uzunluq və hündürlük) dəqiq qeyd etmək mütləqdir.
Qadağan olunmuş məhsullar

Amerikadan Azərbaycan istiqamətində aşağıdakı əşyaların hava nəqli qadağandır:

  1. - Mobil telefon
  2. - İsti silahlar
  3. - Pnevmatik silahlar ( 4.5 mm kalibrli balonlardan başqa )
  4. - Arbalet/ yay-ox
  5. - Optik/lazerli durbin
  6. - Döyüş məqsədli, partlayıcı maddə
  7. - Zəhərli, kimyəvi maddələr
  8. - Narkotik maddələr, tütün məhsulları
  9. - Pul
  10. - Heyvan və quşlar, və ya onların maketləri
  11. - Tezalışan və partlayıcı maddələr və ya onları əvəz edən maddələr
  12. - Spirtli içkilər
  13. - Maşın yağlari ilə dolu balonlar
  14. - Hava yastıqları
  15. - Amortizatorlar (yağ amortizatorundan başqa)
  16. - Maşın akumulyatoru
  17. - Boyalar
  18. - Silah hissələri

* NNəzərə alın ki, yuxarıda sadalananlar qadağan olunmuş əşyaların bütün siyahısı deyil. Hər hansı konkret bir məhsulun daşınması qaydasını öyrənmək üçün operatorlarımızla əlaqə saxlaya bilərsiniz.

  • (050) 522 62 46.

  • Smart Customs

    “Smart customs” tətbiqi nədir və necə istifadə etməliyəm?

  • Bildiyiniz kimi, xarici ölkələrdən onlayn sifarişləriniz üçün sadəcə daşıyıcı firmanın saytında bəyannamə yaratmaqla bağlamalarınızı əldə edə bilirdiniz. Lakin Nazirlər Kabinetinin 305 saylı qərarına edilmiş dəyişikliyə əsasən artıq xarici ölkələrdən almış olduğunuz hər bir məhsul üçün “Smart customs” tədbiqi vasitəsilə bəyannamə yaradacaqsınız. Həmin tətbiqi mobil telefon və ya kompüterə yükləyərək istifadə edə bilərsiniz. Tətbiqi yüklədikdən sonra asan loginlə qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı və sifarişlərinizi şəxsi kabinetinizdən bəyan etməlisiniz. Bəyan etmədiyiniz təqdirdə : Bağlamanız Baku Cargo Terminalında saxlanılacaq və bu müddətdə tərəfimizdən bağlamanızın gözlədiyi ilk gün üçün 10$, sonrakı hər gün üçün 1$ məbləğində cərimə tətbiq ediləcək. Bu müddətdə yaranmış bütün suallar qanunvericiliklə müəyyən olunmuş qaydada həll olunacaq.
  • BƏYANNAMƏNİ NƏ ZAMAN ƏLAVƏ ETMƏLİYƏM?
  • Sifarişləriniz Amerika anbarımıza daxil olduqdan sonra Sizə “BARAMI” şəxsi kabinetinizdə sifarişlərim bölməsindən bağlamanın izləmə kodu göstəriləcək. Bundan sonra verilən izləmə kodu və məlumatlar əsasında “Smart customs” tətbiqində bəyannamə yaradacaqsınız. Yeni qaydalara əsasən xarici ölkələrdən onlayn sifariş etdiyiniz məhsullar üçün “Smart customs” tədbiqində bəyannamə yaratmaq vacibdir!
  • DİQQƏT! “XARİCİ ANBAR” STATUSUNDA BAĞLAMASI OLAN MÜŞTƏRİLƏRİMİZİN NƏZƏRİNƏ! Bugündən etibarən xarici anbar statusunda olan bağlamalarınız üçün yuxarıda qeyd edilən şərtlərə əsasən “Smart customs” tədbiqində qeydiyyatdan keçməklə bəyannamə yaratmalısınız. Əks halda bağlamanızın təhvil alınması mümkün olmayacaq. QEYD: Smart customs tədbiqi ilə bağlı bütün çətinliklər, təklif və iradlarınız üçün DGK-nin 195 qaynar xətti ilə əlaqə saxlamağınız xahiş olunur.
  • "Smart Customs" mobil əlavəsinə daxil olmaq üçün Asan İmza, Elekton İmza və ya Asan login ilə daxil olursunuz.
  • Əgər Asan İmza və Elekron İmzanız yoxdursa Asan Logini aşağıdakı qaydada əldə edə bilərsiniz.
  • 1. asanlogin.my.gov.az saytına daxil olursunuz
  • 2. "İdentifikasiya nömrəsi ilə" bölümünü seçirsiniz və açılan pəncərədə "Qeydiyyat" -ı seçirsiniz
  • 3. FİN nömrə və adınıza qeydiyyatda olan mobil nömrənizi daxil edirsiniz
  • 4. Nömrənizə gələn təsdiq kodunu daxil edirsiniz və şifrə təyin edirsiniz.
  • 5. "Smart Customs" mobil əlavəsinə daxil olub "Asan login" ilə giriş edirsiniz.
  • 6. "Sadələşdirilmiş bəyannamə" bölməsini seçirsiniz və bağlamanızı bəyan edirsiniz.
  • Bağlamanızı bəyan edərkən "Daşıyıcı şirkət" olaraq "VİP Logistic Company LLC" seçin.
  • İzləmə kodu xanasına Barami hesabınızda sizə verilən qısaldılmış izləmə kodunu daxil edin.
  • Məhsulun kateqoriyasını və podkateqoriyasını seçərkən eyni kateqoriyanı və podkateqoriyanı maksimum 2 fərqli bağlama üçün istifadə edin (çünki eyni kateqoriyalı məhsulun daşınmasında 2 ədəd limiti var).
  • Məhsulun qiymətini daxil edərkən daşınma haqqını qiymətə daxil edin.