"Əvəzimə al" xidməti onlayn alış-verişini yerinə bizim etməmizi istəyən müştərilər üçün mövcuddur. Məsələn, bank kartınız Amerika saytlarında işləmirsə və ya sadəcə olaraq bunu etməyə vaxtınız yoxdursa sadəcə bizə sifarişinizin linkini (050) 522 62 46 whatsapp nömrəmizə göndərin və hər şeyi bizə həvalə edin. Sizdən sorğu gəldikdən sonra şopinq asistentimiz sizinlə əlaqə saxlayıb, sifarişinizin bütün detallarını dəqiqləşdirir və əvəzinizə bütün prosedurları edir.
"ƏVƏZİMƏ AL" XİDMƏTİ ÜÇÜN İSTİFADƏ QAYDALARI:
1. "Barami Group" (bundan sonra “Daşıyıcı”) satıcı firma deyil və heç bir satış xidməti göstərmir. Şirkət sifarişçinin ödənişini birbaşa əməkdaşlıq etdiyi ABŞ şirkətinin
bank hesabına köçürür. Sifariş verilmə prosesi üçün 8% bank xərci nəzərdə tutulub (Müştərinin ödədiyi məbləğin satıcı mağazanın hesabına köçürülməsinə qədərki bank xərcləri).
2. Qapıda ödəmə ilə verilən sifarişlər qəbul olunmur.
3."Daşıyıcı” heç bir halda satıcı firmanın göndərdiyi məhsulun keyfiyyətinə, tamlığına, tərkibinə, ölçü və formasına, satış anbarında tükənməsinə və ya sifarişin satıcı tərəfindən ləğv olunmasına görə məsuliyyət daşımır.
4."Daşıyıcı” satıcı firma tərəfindən malın onun anbarına çatdırılması müddətinə görə heç bir məsuliyyət daşımır.
5."Daşıyıcı” sifariş verildikdən sonra sifariş üzərində heç bir əməliyyat aparmır (Məhsulun ləğv olunması, rəng və ya ölçünün dəyişməsi və s. dəyişikliklər).
6."Daşıyıcı” sifarişlərin verilməsini növbəli sistemlə həyata keçirir. İstifadəçinin eyni saytdan verdiyi sifarişlər sayından asılı olmayaraq eyni anda (eyni səbətə əlavə olunaraq ) verilir. Lakin bəzi satıcı firmalar sifarişləri daşıma şirkətinə daha sürətlə çatdırmaq üçün eyni sifarişçinin bir neçə yükünü müxtəlif vaxtlarda və fərqli bağlamalarda göndərə bilir.
7. Müştərilərə sifariş vermədən öncə satıcı firmalar haqqında istifadə rəyləri ilə tanış olmaları (məsələn, www.sikayetvar.com tipli saytlardan) və yaşanacaq problemlər barədə əvvəlcədən məlumatlanmaları tövsiyə olunur.
8. Endirim kuponları və ya kampaniyalarla bağlı istifadəçi link göndərərkən məlumat verməlidir. Qeyd olmadığı təqdirdə, endirimlərin nəzərə alınmama ehtimalı ola bilər.
9. Müştəri ödəniş edərkən Amerikadaxili karqo ödənişini etmədiyi halda, bu məbləğ onun balansına mənfi olaraq yazılır və bağlamanın təhvili zamanı alınır.
10. İstifadəçi sifariş üçün link göndərən zaman məhsulla bağlı məlumatları müvafiq xanalara doğru şəkildə qeyd etməlidir. Sifariş icra edilərkən müştərinin müvafiq xanalara daxil etdiyi məlumatlar əsas kimi götürüləcək (Misalçün, rəng xanasına “qırmızı”, əlavə qeydlər bölməsində “yaşıl” yazılırsa, “qırmızı” rəng əsas götürüləcək).
11. Sifariş prosesində hər hansı problem yarandıqda (məhsulun bitməsi, sifariş olunan ölçünün bitməsi, kampaniyanın başa çatması, ödəmə problemi və s.) sifarişçiyə bu haqda məlumat verilir və onun ödədiyi məbləğ ABŞ şirkəti tərəfindən geri qaytarılır.
12. Sifariş olunmuş məhsulun ödənişi hər hansı səbəbdən geri qaytarılarsa, 8% bank xərci geri ödənilmir.
13. Sifariş "Daşıyıcı” tərəfindən icra edildikdən sonra satıcı mağaza tərəfindən "cancel” olunarsa, anbara çatdırılmazsa, karqoya verilmə müddəti uzanarsa, bu zaman müştərinin həmin məhsula görə ödədiyi məbləğ eyni valyuta ilə geri qaytarılır. Bu halda yaranan məzənnə fərqinə görə "Daşıyıcı” məsuliyyət daşımır və bu fərqi müştəriyə ödəmir. Sifarişçidən bütün ödənişlər ABŞ dolları ilə qəbul edilir və eyni valyuta ilə geri qaytarılır. Digər valyuta və ya məzənnə fərqi ilə bağlı yaranan problemlər sifarişçinin bankı ilə dəqiqləşdirilməlidir.
14. Sifarişçinin nəzərinə çatdırılır ki, bəzi hallarda bir çox satıcı mağazada məhsulun rənginə və ya ölçüsünə görə qiymət fərqi yarana bilər. Belə sifarişlərin icrası zamanı arada yaranan qiymət fərqi böyük olmadıqda, sifariş "Daşıyıcı” tərəfindən icra edilir və həmin fərq istifadəçinin balansına mənfi olaraq yazılır. Ölçü və rəngə görə yaranan qiymət fərqi böyük olduqda "Daşıyıcı” bu barədə sifarişçini məlumatlandırır.
15. Sifariş ilə bağlı yaşanmış hər hansı problem zamanı sifarişçiyə SMS və ya zəng vasitəsi ilə məlumat verilir. Əgər sifarişçi ilə əlaqə yaradıla bilmirsə, sifariş həyata keçirilmir.
16. Ödənişlərin karta geri qaytarılması 5-15 gün müddətində baş verir. Bəzi hallarda isə banklardan asılı olaraq, daha bir neçə gün gecikmə ola bilir.
17. Azərbaycan qanunvericiliyi ilə qadağan olunmuş məhsulların sifarişi qəbul olunmur.
18. Sifariş olunan məhsul Amerika anbarına daxil olduqda müştərinin e-mailinə bu haqqda məlumat daxil olur. Müştəri bu məlumatı aldıqda məhsulun bəyan edilməsi üçün "Daşıyıcı" -ya ötürməlidir.
19. “Daşıyıcı” tərəfindən mobil telefonların sifarişi qəbul edilmir və daşınması həyata keçirilmir. Sui-istifadə edib, telefon sifariş etmiş fiziki şəxslərin bağlamasının daşınması icra edilmir, həmin bağlamaya görə “Daşıyıcı” üzərinə heç bir məsuliyyət götürmür.
20. "Daşıyıcı” dərman preparatlarının sifarişini və daşınmasını həyata keçirmir.
21. Satıcı mağaza tərəfindən “Daşıyıcı”nın anbarına gec göndərilmiş və ya göndərilməmiş, səhv müştəri kodu və ya ad-soyadla göndərilmiş sifarişlərin araşdırma müddəti satıcının geridönüşü də nəzərə alınmaqla, 7-30 gün davam edə bilər.
22. "Daşıyıcı” bütün istifadəçiləri xidmətdən istifadə etməzdən əvvəl daşıma şərtləri ilə tanış olmağa çağırır.
"Əvəzimə al" xidməti onlayn alış-verişini yerinə bizim etməmizi istəyən müştərilər üçün mövcuddur. Məsələn, bank kartınız Amerika saytlarında işləmirsə və ya sadəcə olaraq bunu etməyə vaxtınız yoxdursa sadəcə bizə sifarişinizin linkini (050) 522 62 46 whatsapp nömrəmizə göndərin və hər şeyi bizə həvalə edin. Sizdən sorğu gəldikdən sonra şopinq asistentimiz sizinlə əlaqə saxlayıb, sifarişinizin bütün detallarını dəqiqləşdirir və əvəzinizə bütün prosedurları edir.
ZƏNG SİFARİŞ EDİN VƏ SİZİNLƏ QISA ZAMANDA ƏLAQƏ SAXLAYAQ
😇 SORĞUNUZ QƏBUL OLUNDU. QISA ZAMANDA SİZİNLƏ ƏLAQƏ SAXLANILACAQ
VƏ YA
Barami Group
Təsdiq üçün mail ünvanınıza məktub göndərildi
Barami Group
Gözləyin 👍
UĞURLU ƏMƏLİYYAT 😇👌
VƏ YA
QAYDALAR
Aşağıdakı şərtlər müəyyən xidmətin çatdırılması üzrə hər bir müqaviləyə tətbiq olunur:
1. TERMINLƏR:
а. “Şirkət” dedikdə, “Barami Group”.
b. “Müştəri" dedikdə, bağlama/yük və yaxud istənilən sənədin çatdırılmasını sifariş edən fiziki və ya hüquqi şəxs başa düşülür.
c. "Qəbuledən" Müştəri tərəfindən təyin olunmuş bağlamanı/yükü qəbul edən fiziki və ya hüquqi şəxs hesab olunur.
ç. "Mal" Müştəri üçün çatdırılan istənilən bağlama/yük nəzərdə tutulur. Bu kimi bağlama/yük istənilən konteyner, pallet, rezervuar və ya mal kimi qəbul edilə bilən hər hansı bir bağlama hesab oluna bilər
d. "Qiymət" bu Müqavilənin 5-ci maddəsinə əsasən Şirkət və Müştəri arasında razılaşdırılmış xidmət dəyəri başa düşülür.
e. "Xidmətlər" hazırkı müddəanın 4-cü bəndində göstərilən Şirkət tərəfindən Müştəriyə təqdim olunan bütün xidmətləri, o cümlədən istənilən hesab-fakturada, çatdırılma sifarişində və ya hər hansı bir sənədləşmədə əks olunan istənilən xitmətləri özündə ehtiva edir.
ə. "Subpodratçı" dedikdə, “Barami Azərbaycan” MMC-nin bağlama/yüklərinin daşınmasını həyata keçirən istənilən şəxs, agent, əməkdaş və ya şirkət, eyni zamanda həmin şirkətin podratçısı başa düşülür.
2. YURISDIKSIYA
а. Bütün əqdlər Amerika Birləşmiş Ştatları qanunları əsasında tənzimlənir və nizamlanır.
3. ŞƏRTLƏRİN TƏKLİFİ VƏ QƏBULU
а. Müştəri tərəfindən bu Müqavilənin şərtlərinə uyğun xidmətlərin göstərilməsi barədə Şirkətə ünvanlanan istənilən sorğu təklif kimi qəbul olunacaqdır.
b. Malın və ya xidmətlərin çatdırılması üzrə Satıcı ilə razılaşmada birdən çox Müştəri çıxış edərsə, bütün ödəmələr üzrə onlar birgə məsuliyyət daşıyacaqlar.
c. Bu terminlər qəbul edildikdən sonra məcburidir və yalnız Şirkətin yazılı razılığı əsasında dəyişdirilə və ya ləğv oluna bilər.
ç. Müştərinin rekvizitlərində (telefon, elektron poçtadan başqa) olan istənilən dəyişiklik, o cümlədən adında, ünvanında və yaxud Müştərinin mülkiyyətinin strukturunda dəyişiklik baş verdikdə, 10 (on) gün ərzində yazılı məlumat verilməlidir.
d. Bu Müqavilənin 3-cü maddəsinin (ç) bəndində göstərilən qaydada xəbərdarlıq etməmə, Şirkəti Müştəri qarşısında istənilən itmə və ya zədələnmə hadisəsi üzrə məsuliyyətdən azad edir.
4. XIDMƏTLƏR
Xidmətlər dedikdə, Şirkət tərəfindən Müştəriyə təqdim olunan və özündə saxlanc, daşıma, boşaltma, anbara yerləşdirmə, qablaşdırma, qablaşdırmadan açma, montaj, demontaj, malların çıxarılması və quraşdırılması, konteynerin tutulması, dövlət təşkilatlarından müəyyən icazələrin alınması, 3-cü şəxslərlə əlaqələrin qurulması və subpodratçının mallarının daşınması nəzərdə tutulur.
5. QIYMƏT
а. Bağlama/yükərin daşınmasına görə qiymətlər Şirkət tərəfindən təqdim olunan qiymət cədvəlinə uyğun müəyyən olunacaqdır.
b. Tez xarab olan, heyvan və bitkilərin daşınması ilkin razılaşma əsasında həyata keçirələcəkdir.
c.Qiymətlər Müştərini xəbərdar etməklə dəyişdirilə bilər.
6. ÇATDIRILMA
а. Müştəri malı qəbul etməyə görə məsuliyyət daşıyır.
b. Malın Müştəri tərəfindən təyin olunmuş istənilən 3-cü şəxsə çatdırılması (o cümlədən kuryerə) qəbuledənə çatdırılma kimi hesab olunur.
c. Hər hansı bir səbəbdən Şirkət malın təslim edilməsi barədə təsdiq almazsa, malı saxlanca qoya və yaxud malın mənşə yerinə qaytara bilər.
ç. Şirkət tərəfindən ödənilən istənilən əlavə xərclər, o cümlədən sığorta haqqları Müştəri tərəfindən ilkin qiymətə əlavə olaraq ödənilməlidir.
7. HESABLAŞMA QAYDASI
а. Əgər hesablaşma qaydası yazılı qaydada müəyyən olunmayıbsa, hesablaşma malın çatdırılması zamanı həyata keçirələcəkdir.
b. Əgər Müştəriyə kredit hesabı təqdim olunubsa, ödəmə hesab-faktura təqdim olunduğu tarixdən 7 (yeddi) gün ərzində həyata keçirilməlidir.
c. Şirkət xidmət haqqını və digər ödəmələri tam alana qədər xidmətin göstərilməsini saxlamaq hüququna malikdir.
ç. Hesablaşma tərəflərin razılığına əsasən nağd və ya nağdsız qaydada həyata keçiriləcəkdir.
8. MÜQAVILƏYƏ XITAM VERILMƏ QAYDASI
а. Şirkət bu Müqavilənin şərtlərinə uyğun xidmət göstərilməsinə başlananadək istənilən vaxt öz öhdəliyini ləğv edə bilər. Bu halda yazılı və ya şifahi bildiriş göndərilir.
b. Şirkət bu Müqavilənin 8-ci maddəsinin (a) bəndində göstərilən hallarda malın istənilən hər hansı bir zədələnməsinə görə məsuliyyət daşımır.
c. Əgər Müştəri xidmətin həyata keçirilməsini dayandırarsa, bu halda dayandırma anınadək Şirkət tərəfindən həyata keçirilən bütün ödəmələr Müştəri tərəfindən ödənilməlidir.
9. RISK / SIĞORTA
а. Bütün risklər çatdırılma zamanı Müştəriyə keçir.
b. Əgər başqa qayda yazılı formada razılaşdırılmayıbsa, Şirkət tranzit zamanı malı sığortalamır və bu halda Müştəri malın çatdırılması zamanı istənilən sığorta üzrə ödəmələri həyata keçirməlidir.
10. KONFIDENSIALLIQ
а. Müştəri razılığa gəlir ki, Şirkət müştəri haqqında məlumatı kredit təşkilatlarından olan hesabatlardan və ya kredit hesablaşma ərizələrində qeyd olunan digər istinadlardan və yaxud kredit müəssisələri tərəfindən aşağıdakı məqsədlər üçün verilmiş hesabatlardan əldə edə bilər:
· Müştərinin ərizəsini qiymətləndirməsi zamanı;
· Digər kredit təşkilatları ilə məlumat mübadiləsi edilməsi zamanı.
11. PRETENZIYA VERILMƏ MÜDDƏTI
а. Müştəri malı qəbul etmə yerində ona baxmalı və istənilən zədələnmə halı barədə və ya bu Müqavilə şərtlərinin yerinə yetirilməməsinə görə Şirkətə məlumat verməlidir.
b. Əgər Müştəri Şirkəti malı qəbul edərkən hər hansı bir pretenziya irəli sürməzsə, Şirkətin bu Müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirdiyi hesab olunur.
12. MÜŞTƏRININ MƏSULIYYƏTI
Müştəri aşağıdakılara təminat verir: -
а. Mal daşınmaya uyğundur və bu məqsəd üçün lazımı qaydada qablaşdırılmışdır;
b. Daşınan malın adı düzgün qeyd edilmişdir;
c. Malın dəqiq təsviri yazılı formada təqdim olunmuşdur.
13. YIĞIMLAR VƏ BORCA GÖRƏ ƏMLAKIN SAXLANMASI
а. Daşınan bütün mallar Şirkətin göstərdiyi hər hansı xidmətə görə ödəniləcək haqqın girovu kimi çıxış edir.
b. Əgır çatdırılma tarixindən sonra 30 (otuz) gün ərzində ödənilməmiş xidmət haqqı olarsa, və Şirkət bu barədə Müştəriyə ödəmə barədə yazılı və ya şifahi qaydada pretenziya sürərsə, və mal Şirkətin sərəncamında olarsa, bu halda Şirkət Müştəriyə həmin malı 10 (on) gün ərzində satacağı barədə yazılı bildiriş göndərir.
c. Bu Müqavilənin 14-cü maddəsinin (b) bəndinə əsasən bildiriş göndərildikdə, Şirkət Müştəriyə məxsus istənilən konteyneri açıb və orada olan istənilən malı açıq hərraca və yaxud satışa yönəldə bilər. Bu halda əldə olunan vəsait Şirkətin xərclərinə ödənilməsinə yönləndirilir. Əgər əldə olunan məbləğ Şirkətə olan borcdan yuxarı olarsa, həmin məbləğ Müştəriyə qaytarılır.
14. MƏSULIYYƏTIN MƏHDUDLAŞDIRILMASI
Şirkətin Müştəri qarşısında bu Müqavilə əsasında yerinə yetirilən xidmətlə əlaqədar hər hansı bir səbəbdən yaranan məsuliyyətinin həddi Müştərinin Şirkətə ödəyəcəyi və ya ödəməli olacağı məbləğdən yuxarı olmamalıdr.
15. ÜMUMI MÜDDƏALAR
а. Azərbaycan Respublikasının qanunvericiliyində olan dəyişikliklər bu Müqavilənin şərtlərindən hər hansı birinə təsir edərsə, Şirkət bu halda məsuliyyət daşımayacaqdır.
b. Şirkət bu Müqavilə üzrə öhdəliklərinin bir hissəsini və yaxud hamısını Müştərinin razılığı olmadan subpodratçıya verə bilər.
c. Şirkət bu Müqavilədə qeyd olunan şərtlərə istənilən vaxt yenidən baxmaq hüququnu özündə saxlayır. Əgər hər hansı bir dəyişikliyin edilməsi zərurəti yaranarsa, Müştəri bu cür dəyişiklik barədə məlumatlandırılacaq və bu dəyişiklik Müştəri üçün məcburidir.
ç. Bu Müqavilə üzrə heç bir tərəf digər tərəf qarşısında aşağıda qeyd оlunan fоrs-majоr halları zamanı öz müqavilə öhdəliklərini icra etməməyə görə məsuliyyət daşımır:
- Təbii fəlakətlər (zəlzələ, subasma, yanğın və digər təbii fəlakətlər);
- Elan оlunan və ya faktiki müharibə, vətəndaş ixtişaşları və qiyam, tətillər, kütləvi ixtişaşlar;
- Dövlət hakimiyyəti orqanlarının qərarları, qadağanları;
- Güclü maliyyə böhranı.
d. Bu Müqavilənin bir hissəsinin etibarsız hesab edilməsi müqavilənin bütövlükdə etibarsız hesab edilməsinə səbəb olmur.
Barami şəxsi istifadə
və kuryer yüklərinin Azərbaycana daşınmasını həyata keçirir. "Şirkət" -in rəsmi Azərbaycanda istifadə olunması üçün sayt ünvanı www.baramiaz.com -dur.
Hazırda şəxsi
istifadə limiti Azərbaycanda 30 gün ərzində 300 (üç yüz) (çatdırılma haqqı
daxil olmaqla) ABŞ dolları təşkil edir. Şəxsi istifadə limitinə daxil olan
məhsulların kommersiya məqsədli olmadığı və məhz şəxsi istifadə üçün
olduğu əsaslandırıla bilməlidir. Fiziki şəxs şəxsi istifadə limitini
keçdikdə və ya yükünün kommersiya məqsədli olduğu qənəati yarandıqda həmin
yük gömrük orqanı tərəfindən gömrük rüsumuna və əlavə dəyər vergisinə tabe
edilir. Ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
https://c2b.customs.gov.az/Tnved_public.aspx
Müştərinin yükü
gömrük orqanı tərəfindən saxlandıqda “Şirkət” bu barədə Müştəriyə məlumat
verir. Müştəri gömrükdə saxlanmış bağlamasını özü götürmək istədikdə, “Şirkət” -ə bağlamanın daşınma haqqını ödəyir. “Şirkət” isə öz növbəsində Müştəriyə
bağlamanı təhvil alması üçün gömrük orqanı tərəfindən verilmiş barkod
təqdim edir. Müştəri bu barkod əsasında bağlamasını Hava Nəqliyyatında Baş
Gömrük İdarəsində rəsmiləşdirir və Bakı Karqo Terminalında saxlama
xərclərini ödəyərək yükünü təhvil alır.
Müştərinin yükü
gömrük orqanları tərəfindən saxlanıldıqda Müştəri “Şirkət” -in Gömrük
Məsləhətçisi Xidmətindən də istifadə edə bilir. Gömrük Məsləhətçisi
Xidməti əlavə ödənişli xidmətdir və Müştərinin etibarnaməsi əsasında
həyata keçirilir. Bu zaman “Şirkət” Müştərinin adından çıxış edərək, bütün
rəsmiiləşdirmə əməliyyatlarını həyata keçirir və Müştərinin yerinə gömrük
ödənişlərini icra edir. Ödəniş edildikdən sonra sifariş imtinası qəbul
edilmir. Müştəri bağlamaya görə “Şirkət” -in ödədiyi gömrük rüsumu və
daşınma haqqını tam şəkildə ödədikdən sonra bağlamasını təhvil alır.
Gömrük Məsləhətçisi Xidmətinin qiyməti 1 (bir) bağlama üçün 35 (otuz beş)
AZN-dir.
Sifariş edilən
malların sığortalanması “Şirkət” tərəfindən həyata keçirilmir və buna görə
şirkət heç bir məsuliyyət daşımır. Bağlama "Şirkət"nın xarici
anbarında təhvil alınana qədər "Şirkət" bağlama üzərində heç bir
məsuliyyət daşımır.
Sifariş əsasında
daşınan bağlamadakı əşyanın qüsurlu olmasına, məhsulun ölçüsünün,
rənginin, çeşidinin və s. səhv gəlməsinə görə “Şirkət” heç bir məsuliyyət
daşımır. Bu kimi hallarda Müştəri problemin aradan qaldırması üçün iradını
ancaq satıcı mağazaya bildirə bilər.
Sifariş edilmiş
bağlama “Şirkət”in ofisinə daxil olduqdan sonra “Şirkət” tərəfindən Müştəriyə
bu barədə e-mail vasitəsilə məlumat verilir. Müştəri bağlamanı “Şirkət” -in
Bakı anbarından şəxsiyyət vəsiqəsini təqdim edərək təhvil alır. Əgər Müştəri
bağlamanın birbaşa ünvanına çatdırılmasını istəyərsə, bu zaman ödənişli
kuryer xidmətindən istifadə edə bilər.
Sifariş olunan
bağlamanın “Şirkət”nın anbarına daxil olması barədə Müştəriyə məlumat
verildiyi andan etibarən 15 (on beş) təqvim günü ərzində Müştəri bağlamanı
təhvil almadığı təqdirdə, hər gün üçün 0,50 AZN (50 qəpik) saxlama haqqı
hesablanır. Müştəri “Şirkət” qarşısında bütün maddi öhdəliklərini
ödəyənədək bağlamanı təhvil ala bilməz.
Sifariş olunan
bağlamanın anbardan təhvil alınması barədə “Şirkət” tərəfindən Müştəriyə
məlumat verildiyi andan etibarən, bağlama 2 (iki) ay ərzində təhvil
alınmadığı təqdirdə, bağlamadakı əmlak “Şirkət”nın mülkiyyətinə keçir.
Sifariş olunan mal
sınan əşyadırsa, həmin bağlama təhvil alınarkən Müştəri tərəfindən
açılmalı və əşyanın salamatlılığı yoxlanılmalıdır. Müştəri bağlamanın
açılmasını arzu etməzsə, o zaman gələcəkdə bu barədə yaranacaq problemlərə
görə “Şirkət” məsuliyyətdən azad ediləcək. “Şirkət”nın ofisində və ya
“Şirkət”nın hər hansı rəsmi təmsilçisinin yanında açılıb yoxlanmamış
məhsulda sonradan zədə və ya qüsur olduğu bildirilərsə, buna görə “Şirkət”
heç bir halda məsuliyyət daşımır.
Ölçüsü (en, uzun,
hündürlük) 60 (altmış) santimetrdən artıq olan bağlamaların daşınma haqqı
HƏCMİ ÇƏKİ tarifləri ilə hesablanır.
Bağlamalar təhvil
alınarkən çatdırılma haqqı ödənişi tam formada bütün bağlamalar üçün
edilməlidir.
Sifariş edilmiş
bağlamanın “Şirkət” -dən asılı olmayan səbəblərə görə gecikməsi hallarında
(avia reyslərin gecikməsi, gömrük yoxlamaları və s.) “Şirkət” heç bir
məsuliyyət daşımır və bu hal sifarişdən imtina üçün əsas sayıla bilməz.
Müştəri ilə aparılan
bütün yazışmaların, habelə Müştəriyə aid “Şirkət” -ə bəlli olan məlumatların,
“Şirkət” -in Zəng mərkəzinə (Call center) olunan zənglərin arxivləşdirilməsi
aparılır və konfidensiallıq “Barami Group” tərəfindən qorunur.
“Şirkət” xarici
anbarlarında bağlamaları təhvil alarkən üzərində qırılabilən əşya olduğuna
dair etiket (label) olan bağlamaların daxilindəki məhsulların
zədələnib-zədələnmədiyini yoxlayır. Üzərində qırılabilən əşya olduğuna
dair etiket (label) olmayan bağlamaların tərkibindəki məhsulların
qırılması, əzilməsi, zədələnməsi kimi hallarda “Şirkət” heç bir məsuliyyət
daşımır.
Əgər bağlama hər hansı bir səbəbdən Amerika anbarına çatdırılmayıbsa (bağlamanın anbara çatdırıldığını təhvil alan əməkdaşın adının qeyd olunması sübut edir) və ya səhv ünvana çatdırılıbsa "Şirkət" bağlamaya görə məsuliyyət daşımır.
Müştəri bağlamasını
təhvil almağa gələrkən “Şirkət”nın ofisində kassaya şəxsiyyətini
təsdiq edən sənəd təqdim edərək, daşınma haqqını ödəyir və müvafiq çek
alaraq, bağlamasını anbardan götürür.
Müştəri “Şirkət”in
xaricdəki anbarına göndərilmiş məhsulu satıcı mağazaya geri qaytarmaq
istədikdə bağlama bəyan edilmədən “STOP” statusuna keçirir və “Şirkət” -ə
bu barədə məlumat verir. Bəyan edilmiş bağlamaların satıcı mağazaya geri
qaytarılması həyata keçirilmir. Geri qaytarma xidməti ödənişlidir.
Müştərinin məhsulu “Şirkət”in
xaricdəki anbarında daxil olduqdan sonra sıxlıqdan asılı olaraq, maksimum
72 saat ərzində növbəli qaydada “anbardadır” statusuna keçirilir.
“Şirkət” tərəfindən
mobil telefonların sifarişi qəbul edilmir və daşınması həyata keçirilmir.
Sui-istifadə edib, telefon sifariş etmiş fiziki şəxslərin bağlamasının
daşınması icra edilmir, həmin bağlamaya görə “Şirkət” üzərinə heç bir
məsuliyyət götürmür.
“Şirkət” tərəfindən
dərman preparatlarının sifarişi qəbul edilmir və daşınması həyata keçirilmir.
“Şirkət”in
anbarlarında itmiş bağlamaların araşdırma müddəti 7 gün davam edə bilər.
QADAĞAN OLUNMUŞ ƏŞYALAR
Amerikadan Azərbaycan istiqamətində aşağıdakı əşyaların hava nəqli qadağandır:
- Mobil telefon
- Elektron siqaret
- İsti silahlar
- Pnevmatik silahlar ( 4.5 mm kalibrli balonlardan başqa )
- Arbalet/ yay-ox
- Optik/lazerli durbin
- Döyüş məqsədli, partlayıcı maddə
- Zəhərli, kimyəvi maddələr
- Narkotik maddələr, tütün məhsulları
- Pul
- Heyvan və quşlar, və ya onların maketləri
- Tezalışan və partlayıcı maddələr və ya onları əvəz edən maddələr
- Spirtli içkilər
- Maşın yağlari ilə dolu balonlar
- Hava yastıqları
- Amortizatorlar (yağ amortizatorundan başqa)
- Maşın akumulyatoru
- Boyalar
- Silah hissələri
* Nəzərə alın ki, yuxarıda sadalananlar qadağan olunmuş əşyaların bütün siyahısı deyil.
TARİFLƏR
0.5kg -dək $4
1kg -dək $7.90
30kg -dək $7.50
Əgər bağlamanızın hər hansı bir ölçüsü 60 sm keçirsə, bağlamanın daşınma haqqı həcmə əsasən hesablanır. Həcmi çəkinin hesablanmasını saytımızda kalkulyator bölməsində edə bilərsiniz. Hesablamanın dəqiq olması üçün bağlamanın parametrlərini (çəki, en, uzunluq və hündürlük) dəqiq qeyd etmək mütləqdir.
QAYDALAR VƏ ŞƏRTLƏR