Nike Dry Academy Football Short
$15.00
in wh size: M
Şərtlər: Yeni məhsul
ABŞ
SAYISI: 1
- Paltar
in wh size: M
Şərtlər: Yeni məhsul
ABŞ
SAYISI: 1
ZƏNG SİFARİŞ EDİN VƏ SİZİNLƏ QISA ZAMANDA ƏLAQƏ SAXLAYAQ
Təsdiq üçün mail ünvanınıza məktub göndərildi
Aşağıdakı şərtlər müəyyən xidmətin çatdırılması üzrə hər bir müqaviləyə tətbiq olunur:
1. TERMINLƏR:
а. “Şirkət” dedikdə, “Barami Group”.
b. “Müştəri" dedikdə, bağlama/yük və yaxud istənilən sənədin çatdırılmasını sifariş edən fiziki və ya hüquqi şəxs başa düşülür.
c. "Qəbuledən" Müştəri tərəfindən təyin olunmuş bağlamanı/yükü qəbul edən fiziki və ya hüquqi şəxs hesab olunur.
ç. "Mal" Müştəri üçün çatdırılan istənilən bağlama/yük nəzərdə tutulur. Bu kimi bağlama/yük istənilən konteyner, pallet, rezervuar və ya mal kimi qəbul edilə bilən hər hansı bir bağlama hesab oluna bilər
d. "Qiymət" bu Müqavilənin 5-ci maddəsinə əsasən Şirkət və Müştəri arasında razılaşdırılmış xidmət dəyəri başa düşülür.
e. "Xidmətlər" hazırkı müddəanın 4-cü bəndində göstərilən Şirkət tərəfindən Müştəriyə təqdim olunan bütün xidmətləri, o cümlədən istənilən hesab-fakturada, çatdırılma sifarişində və ya hər hansı bir sənədləşmədə əks olunan istənilən xitmətləri özündə ehtiva edir.
ə. "Subpodratçı" dedikdə, “Barami Azərbaycan” MMC-nin bağlama/yüklərinin daşınmasını həyata keçirən istənilən şəxs, agent, əməkdaş və ya şirkət, eyni zamanda həmin şirkətin podratçısı başa düşülür.
2. YURISDIKSIYA
а. Bütün əqdlər Amerika Birləşmiş Ştatları qanunları əsasında tənzimlənir və nizamlanır.
3. ŞƏRTLƏRİN TƏKLİFİ VƏ QƏBULU
а. Müştəri tərəfindən bu Müqavilənin şərtlərinə uyğun xidmətlərin göstərilməsi barədə Şirkətə ünvanlanan istənilən sorğu təklif kimi qəbul olunacaqdır.
b. Malın və ya xidmətlərin çatdırılması üzrə Satıcı ilə razılaşmada birdən çox Müştəri çıxış edərsə, bütün ödəmələr üzrə onlar birgə məsuliyyət daşıyacaqlar.
c. Bu terminlər qəbul edildikdən sonra məcburidir və yalnız Şirkətin yazılı razılığı əsasında dəyişdirilə və ya ləğv oluna bilər.
ç. Müştərinin rekvizitlərində (telefon, elektron poçtadan başqa) olan istənilən dəyişiklik, o cümlədən adında, ünvanında və yaxud Müştərinin mülkiyyətinin strukturunda dəyişiklik baş verdikdə, 10 (on) gün ərzində yazılı məlumat verilməlidir.
d. Bu Müqavilənin 3-cü maddəsinin (ç) bəndində göstərilən qaydada xəbərdarlıq etməmə, Şirkəti Müştəri qarşısında istənilən itmə və ya zədələnmə hadisəsi üzrə məsuliyyətdən azad edir.
4. XIDMƏTLƏR
Xidmətlər dedikdə, Şirkət tərəfindən Müştəriyə təqdim olunan və özündə saxlanc, daşıma, boşaltma, anbara yerləşdirmə, qablaşdırma, qablaşdırmadan açma, montaj, demontaj, malların çıxarılması və quraşdırılması, konteynerin tutulması, dövlət təşkilatlarından müəyyən icazələrin alınması, 3-cü şəxslərlə əlaqələrin qurulması və subpodratçının mallarının daşınması nəzərdə tutulur.
5. QIYMƏT
а. Bağlama/yükərin daşınmasına görə qiymətlər Şirkət tərəfindən təqdim olunan qiymət cədvəlinə uyğun müəyyən olunacaqdır.
b. Tez xarab olan, heyvan və bitkilərin daşınması ilkin razılaşma əsasında həyata keçirələcəkdir.
c.Qiymətlər Müştərini xəbərdar etməklə dəyişdirilə bilər.
6. ÇATDIRILMA
а. Müştəri malı qəbul etməyə görə məsuliyyət daşıyır.
b. Malın Müştəri tərəfindən təyin olunmuş istənilən 3-cü şəxsə çatdırılması (o cümlədən kuryerə) qəbuledənə çatdırılma kimi hesab olunur.
c. Hər hansı bir səbəbdən Şirkət malın təslim edilməsi barədə təsdiq almazsa, malı saxlanca qoya və yaxud malın mənşə yerinə qaytara bilər.
ç. Şirkət tərəfindən ödənilən istənilən əlavə xərclər, o cümlədən sığorta haqqları Müştəri tərəfindən ilkin qiymətə əlavə olaraq ödənilməlidir.
7. HESABLAŞMA QAYDASI
а. Əgər hesablaşma qaydası yazılı qaydada müəyyən olunmayıbsa, hesablaşma malın çatdırılması zamanı həyata keçirələcəkdir.
b. Əgər Müştəriyə kredit hesabı təqdim olunubsa, ödəmə hesab-faktura təqdim olunduğu tarixdən 7 (yeddi) gün ərzində həyata keçirilməlidir.
c. Şirkət xidmət haqqını və digər ödəmələri tam alana qədər xidmətin göstərilməsini saxlamaq hüququna malikdir.
ç. Hesablaşma tərəflərin razılığına əsasən nağd və ya nağdsız qaydada həyata keçiriləcəkdir.
8. MÜQAVILƏYƏ XITAM VERILMƏ QAYDASI
а. Şirkət bu Müqavilənin şərtlərinə uyğun xidmət göstərilməsinə başlananadək istənilən vaxt öz öhdəliyini ləğv edə bilər. Bu halda yazılı və ya şifahi bildiriş göndərilir.
b. Şirkət bu Müqavilənin 8-ci maddəsinin (a) bəndində göstərilən hallarda malın istənilən hər hansı bir zədələnməsinə görə məsuliyyət daşımır.
c. Əgər Müştəri xidmətin həyata keçirilməsini dayandırarsa, bu halda dayandırma anınadək Şirkət tərəfindən həyata keçirilən bütün ödəmələr Müştəri tərəfindən ödənilməlidir.
9. RISK / SIĞORTA
а. Bütün risklər çatdırılma zamanı Müştəriyə keçir.
b. Əgər başqa qayda yazılı formada razılaşdırılmayıbsa, Şirkət tranzit zamanı malı sığortalamır və bu halda Müştəri malın çatdırılması zamanı istənilən sığorta üzrə ödəmələri həyata keçirməlidir.
10. KONFIDENSIALLIQ
а. Müştəri razılığa gəlir ki, Şirkət müştəri haqqında məlumatı kredit təşkilatlarından olan hesabatlardan və ya kredit hesablaşma ərizələrində qeyd olunan digər istinadlardan və yaxud kredit müəssisələri tərəfindən aşağıdakı məqsədlər üçün verilmiş hesabatlardan əldə edə bilər:
· Müştərinin ərizəsini qiymətləndirməsi zamanı;
· Digər kredit təşkilatları ilə məlumat mübadiləsi edilməsi zamanı.
11. PRETENZIYA VERILMƏ MÜDDƏTI
а. Müştəri malı qəbul etmə yerində ona baxmalı və istənilən zədələnmə halı barədə və ya bu Müqavilə şərtlərinin yerinə yetirilməməsinə görə Şirkətə məlumat verməlidir.
b. Əgər Müştəri Şirkəti malı qəbul edərkən hər hansı bir pretenziya irəli sürməzsə, Şirkətin bu Müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirdiyi hesab olunur.
12. MÜŞTƏRININ MƏSULIYYƏTI
Müştəri aşağıdakılara təminat verir: -
а. Mal daşınmaya uyğundur və bu məqsəd üçün lazımı qaydada qablaşdırılmışdır;
b. Daşınan malın adı düzgün qeyd edilmişdir;
c. Malın dəqiq təsviri yazılı formada təqdim olunmuşdur.
13. YIĞIMLAR VƏ BORCA GÖRƏ ƏMLAKIN SAXLANMASI
а. Daşınan bütün mallar Şirkətin göstərdiyi hər hansı xidmətə görə ödəniləcək haqqın girovu kimi çıxış edir.
b. Əgır çatdırılma tarixindən sonra 30 (otuz) gün ərzində ödənilməmiş xidmət haqqı olarsa, və Şirkət bu barədə Müştəriyə ödəmə barədə yazılı və ya şifahi qaydada pretenziya sürərsə, və mal Şirkətin sərəncamında olarsa, bu halda Şirkət Müştəriyə həmin malı 10 (on) gün ərzində satacağı barədə yazılı bildiriş göndərir.
c. Bu Müqavilənin 14-cü maddəsinin (b) bəndinə əsasən bildiriş göndərildikdə, Şirkət Müştəriyə məxsus istənilən konteyneri açıb və orada olan istənilən malı açıq hərraca və yaxud satışa yönəldə bilər. Bu halda əldə olunan vəsait Şirkətin xərclərinə ödənilməsinə yönləndirilir. Əgər əldə olunan məbləğ Şirkətə olan borcdan yuxarı olarsa, həmin məbləğ Müştəriyə qaytarılır.
14. MƏSULIYYƏTIN MƏHDUDLAŞDIRILMASI
Şirkətin Müştəri qarşısında bu Müqavilə əsasında yerinə yetirilən xidmətlə əlaqədar hər hansı bir səbəbdən yaranan məsuliyyətinin həddi Müştərinin Şirkətə ödəyəcəyi və ya ödəməli olacağı məbləğdən yuxarı olmamalıdr.
15. ÜMUMI MÜDDƏALAR
а. Azərbaycan Respublikasının qanunvericiliyində olan dəyişikliklər bu Müqavilənin şərtlərindən hər hansı birinə təsir edərsə, Şirkət bu halda məsuliyyət daşımayacaqdır.
b. Şirkət bu Müqavilə üzrə öhdəliklərinin bir hissəsini və yaxud hamısını Müştərinin razılığı olmadan subpodratçıya verə bilər.
c. Şirkət bu Müqavilədə qeyd olunan şərtlərə istənilən vaxt yenidən baxmaq hüququnu özündə saxlayır. Əgər hər hansı bir dəyişikliyin edilməsi zərurəti yaranarsa, Müştəri bu cür dəyişiklik barədə məlumatlandırılacaq və bu dəyişiklik Müştəri üçün məcburidir.
ç. Bu Müqavilə üzrə heç bir tərəf digər tərəf qarşısında aşağıda qeyd оlunan fоrs-majоr halları zamanı öz müqavilə öhdəliklərini icra etməməyə görə məsuliyyət daşımır:
- Təbii fəlakətlər (zəlzələ, subasma, yanğın və digər təbii fəlakətlər);
- Elan оlunan və ya faktiki müharibə, vətəndaş ixtişaşları və qiyam, tətillər, kütləvi ixtişaşlar;
- Dövlət hakimiyyəti orqanlarının qərarları, qadağanları;
- Güclü maliyyə böhranı.
d. Bu Müqavilənin bir hissəsinin etibarsız hesab edilməsi müqavilənin bütövlükdə etibarsız hesab edilməsinə səbəb olmur.
* Nəzərə alın ki, yuxarıda sadalananlar qadağan olunmuş əşyaların bütün siyahısı deyil.
0.5kg -dək $4
1kg -dək $7.90
30kg -dək $7.50
Əgər bağlamanızın hər hansı bir ölçüsü 60 sm keçirsə, bağlamanın daşınma haqqı həcmə əsasən hesablanır. Həcmi çəkinin hesablanmasını saytımızda kalkulyator bölməsində edə bilərsiniz. Hesablamanın dəqiq olması üçün bağlamanın parametrlərini (çəki, en, uzunluq və hündürlük) dəqiq qeyd etmək mütləqdir.